Azərbaycanın Ceyhandan nəql etdiyi neftin həcmi açıqlandı
05.03.2020 13:12Bu ilin iyul ayında 2 416 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bunun 1 milyon 678 min 704 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumilikdə, yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 707 802 ton təşkil edib. BTC istismara verilən gündən 2017-ci il avqust ayının 1-nə qədər isə Ceyhan limanından 334 542 401 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
BTC kəməri ilə 2,4 mln. ton Azərbaycan nefti nəql olunub
Hesabat dövründə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 403 234 ton Azərbaycan nefti nəql olunub.
İlin əvvəlindən kəmərlə 15 577 521 ton neft ötürülüb. Kəmər istifadəyə verilən gündən 2017-ci il avqustun 1-nə qədər isə BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub.

