Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bərdədə 15 yaşlı qızı qaçıran oğlana qarşı cinayət işi açıldı

05.03.2020 13:13

Dekabrın 12-də Bərdə rayon Polis Şöbəsinə rayonun Şorəlli kənd sakini 2003-cü il təvəllüdlü Natavan Süleymanovanın (ad, soyad şərtidir) qaçırılması barədə məlumat daxil olub.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, Bərdə rayon prokurorluğundan “Report”a verilən məlumata görə, faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natavan Süleymanovanın Bərdə şəhər sakini, 1999-cu il təvəllüdlü Habil İsmayılov tərəfindən oğurlanmasında əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.