Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakı metrosunda 64 yaşlı kişi öldü – AÇIQLAMA

05.03.2020 13:14

Bakı metrosunda sərnişin dünyasını dəyişib.

Об этом сообщает Руспрес

Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov A24.az-a açıqlamasında bildirib ki, hadisə ötən gün səhər saatlarında baş verib.

“Metronun Xalqlar dostluğu stansiyasında Gürcüstan vətəndaşı 1954-cü il təvəllüdlü Təhməz Qurbanov dünyasını dəyişib. Stansiyaya təcili tibbi yardım əməkdaşları çağırılıb. Həkimlər onun vəfat etdiyini bildiriblər.

Onun hansı səbəblərdən dünyasını dəyişdiyi bilinmir” – deyə, B.Məmmədov qeyd edib.

Faktla bağlı araşdırma aparılır.