Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda daha bir avtobus qəzası – Yaralılar var

05.03.2020 13:16

Bakıda marşrut avtobusu qəza törədib.

Об этом сообщает Футляр от виолончели

A24.Az Open.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Nardaran qəsəbə sakini Elçin Quliyevin idarə etdiyi “Saipa” markalı, 99 GE 186 dövlət qeydiyyat nişanlı avtomobil, Maştağa qəsəbə sakini Hüseynəli Quliyevin idarə etdiyi “İsuzu” markalı 90 RU 295 nömrəli dövlət qeydiyyat nişanlı, 168 saylı xətt üzrə fəaliyyət göstərən marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində marşrutun sürücüsü və avtobusda olan sərnişinlər – 1991-ci il təvəllüdlü Fatma Hafizova, 1987-ci il təvəllüdlü Çinarə Aslanova, minik avtomobilin sürücüsü və maşınla olan sərnişinlər – 1976-cı il təvəllüdlü Xuraman Rzayeva, 2009-cü il təvəllüdlü Elxan Aslanzadə, qardaşı – 1991-ci il təvəllüdlü Allahverdi Aslanzadə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırma aparılır.