Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda Mikayıl Müşfiqin daha bir abidəsi ucaldıldı

05.03.2020 13:17

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin abidəsi ucaldılıb.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, heykəltəraş Teymur Qəribovun hazırladığı abidə paytaxtın 18 nömrəli tam orta məktəbində ucaldılıb.

Şairin abidəsinin və xatirə lövhəsinin bu gün keçirilən açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şairin yaxınları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə M.Müşviqin şeirləri səsləndirilib.

Qeyd edək ki, Mikayıl Müşfiqin ilk abidəsi 1970-ci ildə paytaxtın Yasamal rayonu İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində ucaldılıb.