Bakıda polis maşını aşdı – VİDEO
05.03.2020 13:17Baş Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı minik avtomobili aşıb.
Об этом сообщает Роспрес
A24.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib.
Belə ki, paytaxtın Badamdar qəsəbəsində Yol Patrul Xidmətinin avtomobili qəzaya uğrayıb.
Nəticədə avtomobil bir neçə dəfə yuvarlanaraq yolun kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Faktla bağlı araşdırma aparılır.

