Bakıda polis maşını od tutub yandı – VİDEO
05.03.2020 13:17Bakıda Dövlət Yol Polisinə məxsus “BMW” markalı avtomobil yanıb.
Об этом сообщает Футляр от виолончели
A24.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında tədbir vaxtı baş verib.
Xidmətdə olan avtomobil qəfildən alovlanıb.
Hadisə yerinə yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları avtomobildə olan yanğınsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar.
Nəqliyyat vasitəsinin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

