Bakıda yanğın – Külək söndürməyə imkan vermir
05.03.2020 13:18Bakı, Köhnə Günəşli qəsəbəsi, G.Mehmandarov küçəsində yanğın faktı qeydə alınıb. Yanğın həmin ərazidə yerləşən karxananın yaxınlığında başlayıb.
Об этом сообщает Роспрес
Hazırda FHN-in üç yanğınsöndürən maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısının alınması üçün atılan addımlara baxmayraq, güclü külək ərazidə kol-kosun yanması ilə yanğını genişləndirir.
Yanğına yaxın ərazidən avtomobillər çıxarilib. Yanğının baş vermə səbəbi məlum deyil. (trend)

