Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bəhram Qasimidən Pompeoya sərt cavab: “Riyakar və səfehdir”

05.03.2020 13:20

İran Xarici İşlər Naziri Bəhram Qasimi amerikalı həmkarı Mayk Pompeonun ünvanına sərt sözlər səsləndirib. O, Pompeonun İran liderlərini mafiaya bənzətməsinə cavab verib, onun ikiüzlü və axmaq olduğunu söyləyib.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, Qasimi İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytından verdiyi yazılı açıqlamada, “Pompeonun ikiüzlü və səfeh sözlərinin təbliğat məqsədi daşıdığı məlumdur. İran xalqı birlik və bərabərlik sayəsində sizin pərdə arxasındakı bütün məkrli tədbirlərinizi boşa çıxaracaqdır”, – deyə bildirib.

Pompeonun açıqlamalarını “İranın daxili işlərinə müdaxilə” kimi qiymətləndirən Qasimi, “Beynəlxalq müqavilələrə zidd olan bu sözlər ABŞ-ın bölgədə stabilliyi pozmağa yönəlik atdığı bir addımdır”, sözlərini də əlavə edib.