Binədəki dəhşətli qəzada ölən 13 yaşlı Yusifin anasına ŞOK TƏKLİF – VİDEO
05.03.2020 13:20Bu ilin oktyabrında Binə qəsəbəsində 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusif Tahir oğlu Dadaşzadənin anası Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişdə qonaq olub.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, onu verilişə aparıcı Xoşqədəm Hidayətqızı dəvət edib. Aparıcı tək övladını itirən anaya yenidən uşaq dünyaya gətirmək üçün müalicə almağı təklif edib. Xoşqədəm Hidayətqızı bütün müalicə xərclərinin proqram tərəfindən ödəniləcəyini qeyd edib.
Xoşqədəm Hidayətqızı övlad itirən anaya təklif barədə düşünməyi söyləyib. Proqram vasitəsi ilə ona psixoloq yardımı göstərilib.
Xatırladaq ki, oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə 34 nəfər xəsarət alıb, iki nəfər ölüb. Qeyd edək ki, qəzaya uğrayan yük qatarı Dübəndiyə gedirmiş, onun qoşqusunda 12 boş çən olub.

