Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bir neçə gün bundan əvvəl əmisinin gəlinini qaçıran evli kişi öldürüldü – VİDEO

05.03.2020 13:21

Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.

Об этом сообщает Руспрес

A24.az “Report”a istinadən xəbər verir ki, 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, A24.az-ın əldə etdiyi məlumata görə, əmisinin gəlini ilə eşq yaşayan gənc oğlan bir müddət əvvəl öz həyat yoldaşından boşanıb. Daha sonra isə əmisi oğlunun arvadını qaçırıb.

Bu hadisədən sonra bir qrup şəxs gənc oğlanı ailəsindən boşanıb əmisi oğlunun arvadını qaçırdığına görə işgəncə verərək döyüblər.

Həmin şəxslər onu namus üstündə günahlandıraraq ayaqlarını bir-birinə bağlayıb təpikləməyə başlayıblar.

A24.az həmin görüntüləri təqdim edir: