Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

”Bir ölüb, min dirilərik” – Türkiyəli iş adamı milli qəhrəman Mübariz İbrahimovu belə tanıdır – VİDEO

05.03.2020 13:21

”Bir ölüb, min dirilərik”. Bir tərəfə Türkiyə bayrağı, digər tərəfə Azərbaycan bayrağı ortaya isə Azərbaycanın milli qəhramını Mübariz İbrahimovun şəkli çəkilib.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, bu görüntülər Türkiyənin Trabzon şəhərində azərbaycanlı sürücülərdən biri tərəfindən çəkilib.

Milli qəhramanımızın şəklini yük maşınlarına vuran türkiyəli işadamı Abdullah Özər əvvəllər maşınlara Türkiyədə terrorla mübarizədə şəhid olan əsgərlərin şəkillərini yapışdırıb. Sonradan Azərbaycana gələn Abdullah Özər burada Mübariz İbrahimov haqqında eşidib. Və qərara gəlib ki, onun şəkillərini də yapışdırsın.

Abdullah Özər deyir ki, bu addımı həm Azərbaycanda, həm Türkiyədə çox böyük səvgiylə qarşılanıb.Maşınları görən insanlar videolar çəkib paylaşırlar. Ancaq Türkiyə-Gürcüstan sərhəddində erməni əsilli məmurlar sürücülərə müəyyən problemlər yaratmağa çalışıblar.

Abdullah Özər ölkəmizdə gələrkən şəhidlərinin məzarlarını da ziyarət edib.

Türkiyəli işadamı şəhidlər ölməz deyir. Yaşatmaq üçün isə onları bu yolla unutdurmamağa çalışır.