Brüsseldə keçirilən “Beyin” mərkəzlərinin sammitində Azərbaycan təmsil olundu
05.03.2020 13:21Belçikada Qlobal “Beyin Mərkəzləri”nin sammiti keçirilib.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, sammitdə Azərbaycanı Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin (HTA) sədri, London Metropolitan Universitetinin ictimai təhlükəsizlik ixtisası üzrə doktorantı Ramil İskəndərli təmsil edib.
Belə ki, ABŞ-ın Pensilvaniya Universitetinin “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Təsisatları” Araşdırma Mərkəzi və Belçikanın “Bruegel” təşkilatı tərəfindən təşkil olunan sammit üç gün davam edib.
7-10 noyabr tarixində baş tutan sammitdə dünyanın aparıcı “beyin mərkəzləri” iştirak edib. Tədbirdə əsas çıxışçılar Avropa Komissarı xanım Sesilia Malstrom, NATO Baş Katibinin köməkçisi Tacam İldem olub.
Qeyd edək ki, sammitdə Azərbaycanı təmsil edən Ramil İskəndərli, eyni zamanda, ayrıca olaraq Avropa İttifaqının Qonşuluq siyasəti proqramının Azərbaycan üzrə məsul şəxsləri, eləcə də, NATO-nun İctimai Diplomatiya proqramının Azərbaycan üzrə məsul şəxsləri ilə bir sıra görüşlər keçirib. O, Azərbaycanda vətəndaş cəmiyyəti, ədliyyə islahatları, qanunun aliliyi sahəsində son dövrlər görülən işlər və gələcəkdə Azərbaycanın Avro-Atlantik inteqrasiyası istiqamətində görülməli olan işlər barədə qarşılıqlı fikir mübadiləsi aparıb.

