Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Brüsseldə NATO-nun sammiti başladı

05.03.2020 13:21

 Belçika paytaxtında NATO-nun 29-cu sammiti başlayıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq sammitin açılışında – təhlükəsizlik konfransında çıxış edib.

Sammitdə 54 rəsmi nümayəndə heyəti iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün dünən Belçikaya gedib.

Tədbirin ilk günündə üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verəcək, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razılıq verəcəklər.

Sammitin gedişində müttəfiqlər Skopyeni Şimali Makedoniya Respublikası adı altında NATO-nun 30-cu üzvü olmağa dəvət ertmək niyyətindədir.

İyulun 12-də Gürcüstan və Ukrayna rəhbərliyi ilə görüşdə regional çağırışlar müzakirə olunacaq.

Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq. Bu görüşdə NATO ölkələrinin liderləri ilə yanaşı, NATO-nun “Qətiyyətli dəstək” missiyasi üzrə tərəfdaşları da istirak edəcək. Sammit iştirakçılarının 2020-ci ildən sonra əfqan qüvvələrinin maliyyələşməsini artırmağa razı olacaqları da gözlənilir.