Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bu ekspertlə bağlı sensasion faktlar üzə çıxdı – Erməni lobbisiylə əlaqələri varmış

05.03.2020 13:22

Son vaxtlar sosial şəbəkələrdə, o cümlədən “Turan TV”-nin efirində özünü ABŞ-da yaşayan jurnalist və siyasi mühacir kimi təqdim etməklə Azərbaycan və Rusiya hakimiyyətlərinin ünvanına sərt ittihamlar səsləndirən Beydulla Manafovla bağlı sensasion faktlar üzə çıxıb.

Об этом сообщает Руспрес

Hazırda Avropada yaşayan jurnalist həmkarlarımızdan biri Gununnebzi.info-ya deyib ki, Beydulla Manafov ABŞ və Avropadakı mühacirlərə Əliyevlər hakimiyyətinin təqiblərindən yaxa qurtarmaq üçün ölkəni tərk etdiyini və ona görə də hakimiyyətə qarşı sərt mübarizə yolu tutduğunu söyləsə də, onun Azərbaycandan gediş səbəbləri əslində tamam başqa motivlər əsasında olub və hazırki siyasi fəaliyyətinin kökündə də, heç də özünün indi iddia etdiyi kimi, “ölkəni demokratikləşdirmək istəyi” durmur.

Həmkarımızın bildirdiyinə görə, o, Beydulla Manafovun tez-tez “Turan TV”-nin efirindən əsasən əhalinin rusdilli təbəqəsinə ünvanlanmış hakimiyyət əleyhinə çıxışlarını izlədikdən sonra onunla bağlı araşdırma aparmaq qərarına gəlib və heyrətamiz faktlarla üzləşib: “Əvvəlcə mənə dedilər ki, Əliyevlər hakimiyyətinin təqibindən yaxa qurtarmaq üçün ABŞ-a sığınıb. Ancaq sonra onu yaxından tanıyan şəxslərdən eşitdim ki, Beydulla Manafov əslində həyat yoldaşının erməni olması və bunu da əksəriyyətin bilməsi səbəbindən Azərbaycanda yaşamaq istəməyib və ailəsini də götürüb ABŞ-a köçüb. Onun özündən bir yaş böyük olan həyat yoldaşı Raisa Qaykovna adlı xanımdır, 1946-cı ildə anadan olub və uzun müddət Nəsimi rayonunda yaşayıblar, hazırda Texas ştatında, Dallasda qalırlar. İki övladları var və hamısı da ABŞ vətəndaşlığı alıblar. Qızları Məlahət Manafova da Losornio Antoni Ray adlı amerikalıya ərə gedib. Tez-tez bura – Londona gəlib-gedirlər. Onların hamısının ABŞ-da siyasi sığınacaq və vətəndaşlıq almalarında “erməni amili” mühüm rol oynayıb və bu işdə ABŞ-dakı erməni lobbisinin köməyindən yararlanıblar. Ancaq bunu gizlədirlər…”.

Həmkarımızın bildirdiyinə görə, Beydulla Manfov özünü hər yerdə jurnalist kimi təqdim etsə də, o, əslində Nəsimi rayon Partiya Komitəsinin təlimatçsı işləyib:“Beydulla Manafov ixtisasca jurnalistdir, ancaq o, keçmiş kommunistdir, uzun müddət Nəsimi rayon Partiya Komitəsinin təlimatçısı işləyib və Sovet hökumətini təbliğ edib. İndi olub “böyük demokrat””.

Və son olaraq jurnalist araşdırması ilə Qənimət Zahid və Beydulla Manafovun hər ikisinin erməni lobbisinə xidmət etmələri məlum olur.

Əlavə faktlar yayınlayacağıq.