Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Cəlilabadda bədbəxt hadisə baş verib, ölən və yaralanan var

05.03.2020 13:24

Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb.

Об этом сообщает Руспрес

A24.az “Report”a istinadən xəbər verir ki, hadisə Şıxlar kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənddəki evlərdən birinin həyətinin hasarının söküntüsü zamanı divar uçaraq Komanlı kənd sakinləri – 20 yaşlı Əbilov Ruslan Xosrov oğlu və 30 yaşlı İsmayılov Emin Cəbrayıl oğlunun üzərinə aşıb. Nəticədə E.İsmayılov ölüb, R.Əbilov isə ağır xəsarətlər alıb. R.Əbilovun vəziyyəti kritik olduğu üçün o, paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Hadisənin dəqiq başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən Badamdarda da sürüşmə zonasında hasar uçub.