Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Çində “bir uşaq” siyasəti tarixə qovuşur

05.03.2020 13:25

Bildiyimiz kimi Çində doğuş və əhalinin artımını azaltmaq üçün 1979-cu ildən bu yana “bir uşaq” siyasəti yeridilir. Lakin bu qərarın tamamilə aradan qaldırılması gündəmdədir.

Об этом сообщает Футляр от виолончели

Saytımız türk mediasına istinadən xəbər verir ki, 35 ildir ki, tətbiq edilən “bir uşaq” siyasəti artıq tarixə qovuşa bilər. Belə ki Çinin dövlət qəzeti ailə planlamasına son verəcək qanun layihəsinin qrəsmiləşəcəyinə işarə edib.

Qeyd edək ki, bundan əvvəl hazırlanmış ailə planlaması qanunu cəzaları yüngülləşdirmiş və ailələrə 2 uşaq sahibi olmaq haqqı vermişdi. Lakin bu dəfə qanunun tamamilə ləğv ediləcəyi gündəmin mövzusudur.

Belə bir qərara gəlməyin başlıca səbəbi isə Çin əhalisinin getdikcə yaşlanması və doğan qadınların sayında sürətlə azalmanın müşahidə edilməsidir. Mütəxəssislərə görə, Çin əhalisinin 25 faizi 2030-cu ildə ən azı 60 yaşında olacaq. Mütəxəssislər yaşlanmış əhaliylə birlikdə Çinin işçi gücünü itirəcəyini vurğulayıb.

Qanun layihəsinin bu həftə Milli İnsan Konqresindəki daimi komitə tərəfindən müzakirə edilərək 2020-ci ilə qədər tamamlanması nəzərdə tutulur.