Dələduz departament rəhbərinə 7 il iş verildi
05.03.2020 13:25Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Об этом сообщает Роспрес
A24.Az trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Mahmudov 7 il azadlıqdan məhrum edilib.
İttihama görə, A.Mahmudov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində işləyərkən başqalarının etbarından sui-istifadə edərək onlara qarşı, ümumilikdə, 312 851 manat məbləğində ziyan vurub. Həmin ziyandan 23 784 manat pul ödənilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2- ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

