Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dövlət Gömrük Komitəsi yük maşınlarımızın Dağıstanda saxlanılması məsələsinə münasibət bildirdi

05.03.2020 13:27

Oktyabrın 30-da bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiya Federasiyasına gedən yük nəqliyyat vasitələrinin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılması barədə məlumatlar yayılıb.
Dövlət Gömrük Komitəsindən A24.Az-a bildirilib ki, Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur və gömrük-sərhəd buraxılış məntəqəsi gündəlik iş rejimində fəaliyyətini davam etdirir.
Hazırda Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycandan gedən avtomobillərin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılmasının səbəblərinin araşdırılması məqsədilə danışıqlar aparır və məsələnin müsbət həlli istiqamətində bütün zəruri addımlar atılır.

Об этом сообщает Руспрес

Qeyd edək ki, mətbuatda Azərbaycandan Rusiyaya gedən yük maşınları 4 gündür ki, bu ölkənin gömrük xidməti tərəfindən Dağıstan ərazisində saxlanılması ilə bağlı xəbərlər yayılmışdı.