Dünyada ən güclü orduların SİYAHISI – Türkiyə 9-cu
05.03.2020 13:28Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu ən güclü ordusudur.
Об этом сообщает Роспрес
A24.Az bu barədə “Business Insider” jurnalına istinadən məlumat verir.
Məlumata əsasən, güclü orduların siyahısına ABŞ başçılıq edir.
İkinci yerdə Rusiya, üçüncü – Çin, dördüncü – Hindistan, beşinci – Fransa, altıncı – Britaniya, yeddinci – Şimali Koreya, səkkizinci yerdə isə Yaponiyadır.
Türkiyə SQ-dən sonra isə güclü ordulara Almaniya, İtaliya, Misir və İran sahibdir.
207 qırıcı təyyarə, 2446 tank, 194 gəmi və digər hərbi texnikalara malik Türkiyə ordusunun müdafiə büdcəsi 10,2 milyard dollar təşkil edir.

