Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ərdoğan “F-35” qırıcılarını vermək istəməyən ABŞ-ı hədələdi

05.03.2020 13:30

Ankara ABŞ-ın “F-35” tipli yeni nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə beynəlxalq arbitraja müraciət edəcək.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, bu barədə “Haberturk” nəşri məlumat yayıb.

“İndi də nədənsə bizi hədələməyə başlayıblar. Orada nə baş verib ki, onlar “F-35”ləri tədarük edə bilməyəcəklər? Verməyəcəksinizsə, biz beynəlxalq arbitraja müraciət edəcəyik… Əgər iş o yerə çatacaqsa, bunun alternativləri də var”, – deyə Türkiyə lideri qeyd edib.

Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni “F-35” hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.