Ərdoğan Xamneyi ilə görüşündə: Qərbin əsas məqsədi islam ölkələrini…
05.03.2020 13:30Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam İnqilabı Lideri Ayətullah Xamneyilə görüşüb.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Ayətullah Xamneyi, Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti qəbulunda bu gün İslam dünyasının ən mühüm ehtiyacı, İslam ölkələri arasında daha çox yaxınlaşma olduğunu bildirib.
ABŞ-ın regionda İslami gücün formalaşmasından narahatlıq duyduğunu və bu səbəbdən İran və Türkiyə kimi ölkələrə düşmənçilik etdiyini qeyd edən Ayətullah Xamneyi, iki ölkənin bölgənin şərəfli və güclü dövlətləri olduqlarını və İslam dünyası üçün də ortaq hədəfləri izlədiklərini qeyd edib. Ayətullah Xamneyi, buna görə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etməsinin lazım olduğunu ifadə etdi.
Görüşdə R.T.Ərdoğan da İslam ölkələri arasında lazımi həmrəyliyin yoxluğuna diqqət çəkərək, Qərbin müstəqil İslam ölkələrinə qarşı mövqeyi, başda İran və Türkiyə olmaq üzrə İslam ölkələri arasında həmrəyliyi daha da zəruri hala gətirdiyini vurğulayıb.
Orxan Aslanlı / A24.az

