Ermənistan Müdafiə Nazirliyinin polkovnikinin avtomobili atəşə tutuldu
05.03.2020 13:31Yerevanda naməlum şəxslər Ermənistan Müdafiə Nazirliyinin polkovniki Karen Darbinyanın avtomobilinə atəş açıblar.
Об этом сообщает Руспрес
Bu barədə A24.az “Report”a istinadən məlumat verir.
Hadisədən sonra Ermənistan Müdafiə Nazirliyinin departamentlərindən birinin 53 yaşlı rəhbəri polisə zəng edərək olay barəsində xəbər verib.
K.Darbinyan bildirib ki, saat 03:10 radələrində naməlum şəxs və şəxslər evin həyətində onun “Nissan Pathfinder” avtomobili istiqamətində atəş açıblar, avtomobilə ziyan dəyib.
İstintaq baş verən hadisəni araşdırır.

