Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistanda Konstitusiyadan kənar vəziyyət yaranıb

05.03.2020 13:31

Ermənistan parlamentində sabit çoxluq əldə edilmədiyindən ölkədə fors-major, yəni Konstitusiyadan kənar vəziyyət yaranıb.

Об этом сообщает Руспрес

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Seçki Məcəlləsinə dəyişikliklər layihəsini millət vəkillərinə təqdim edən ədliyyə naziri əvəzi Artak Zeynalyan deyib. O, məhz buna görə hökumət tərəfindən Seçki Məcəlləsinə ən tez zamanda dəyişiklikləri qəbul etdirmək təklifinin irəli sürüldüyünü bildirib.

Ermənistan Milli Məclisi bu gün keçirilən birinci səsvermədə dəyişikliklərə dair fövqəladə şəkildə, yəni 72 saat ərzində müzakirə və səsvermə keçirmək təklifini qəbul etməyib. Parlamentin mövcud nizamnaməsinə əsasən, eyni qanun layihəsi ikinci oxunuşda 2 həftə ərzində, yaxud fövqəladə iclas zamanı qəbul edilə bilər.