“Facebook”un informasiya təhlükəsizliyi direktoru istefa verir – Tarixi açıqladı
05.03.2020 13:32“Facebook” sosial şəbəkəsinin informasiya təhlükəsizliyi direktoru Aleks Stamos avqustun 17-də istefaya gedəcəyini bildirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bu haqda “Ria Novosti” agentliyi məlumat yayıb.
Mart ayında New York Times qəzeti verilən məlumatlara əsaslanaraq bildirmişdi ki, şirkıtin daxilindəki anlaşılmamalıqlarda, fikir ayrılıqlarına görə, Stamos istefa verməyə hazırlaşır. Fikir ayrılıqlarına səbəb isə sosial mediada dezinformasiyaların yayılması və buna qarşı mübarizə mövzusunda idi. “Avqustun 17-də mənim Facebookda sonuncu iş günüm olacaq. Çox əfssular olsun ki, bundan sonra dostlarımla çiyin çiyinə çalışma məmnuniyyətində olmayacam. Amma buna baxmayaraq, həm də çox xoşbəxtəm ki, məni əvəz edəcək sədaqətli, ağıllı, bacarıqlı insanlar var və onlar bu məsələləri uğurla davam etdirəcəklər”, – deyə A.Stamos öz “Facebook” səhifəsində qeyd edib.
Orxan Aslanlı // A24.Az

