Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Faciəli şəkildə ölən 18 yaşlı qızla bağlı yeni məlumat – LDU AÇIQLAMA YAYDI – YENİLƏNİB

05.03.2020 13:32

Lənkəran Dövlət Universiteti (LDU) dəm qazından zəhərlənərək dünyasını dəyişən İbrahimzadə Leylanın universitet tələbəsi olmadığı barədə məlumat yayıb.

Об этом сообщает Руспрес

Bu barədə A24.az-a univcersitetin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib. O bildirib ki, dünyasını dəyişən L.İbrahimzadə LDU-nun tələbəsi deyil, Lənkəran Dövlət Humanitar Kollecin tələbəsi olub: “Amma o, 2018-ci ilin əvvəlində öz ərizəsi ilə təhsil müəssisəsindən xaric edilib. Kollecdən çıxmağını isə ailəsi ilə birlikdə xarici ölkələrin birinə gedəcəyi ilə əlaqələndirib. 2017-ci ildə kollecə daxil olub, bu il də kollecdən çıxıb. Yəni LDU-nun və kollecin L.İbrahimzadə adlı tələbəsi yoxdur”.

Qeyd edək ki, Astarada 2000- ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib. Mətbuatda onun Lənkəran Dövlət Universitetinin tələbəsi olduğu barədə məlumatlar yayılıb.

Astarada 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib.

A24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  2000- ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib.

Belə ki, Lənkəran Dövlət Universitetinin tələbəsi olan L. İbrahimzadə ötən gün bacısı  Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.

Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.