FBI-dan banklara xəbərdarlıq
05.03.2020 13:33FBI tərəfindən beynəlxalq banklara edilən xəbərdarlıq, kiber cinayətkarların yaxın bir neçə gün ərzində dünya miqyasında bankomatlara qarşı böyük bir “malware (pis məzmunlu yazı) hücumu planlaşdırdığı vurğulanıb.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, kiber təhlükəsizlik eksperti Brayan Krebs tərəfindən hazırlanan hesabatda, cinayətkarların bir bank və ya pul kartı ilə prosedur aparılarkən hack etmək vasitəsilə bir neçə saat içində dünyanın dörd bir tərəfindəki bankomatlardan kopyalanmış kartlar vasitəsilə milyonlarla dollar çəkməyi planlaşdırdıqları bildirilib. FBI hesabatına görə, avadanlıqlarını və yazılımların ən son təhlükəsizlik standartlarına yüksəltməyən kiçik miqyaslı bankların daha böyük risk altında olduğu bildirilib. Həmçinin FBI, hücumların bir çox yerdə və artaraq davam etməsinin mümkün olduğunu bildirib.
Orxan Aslanlı // A24.Az

