Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fərhad Səmədov Putinin yanında səlahiyyətli nümayəndə təyin olundu

05.03.2020 13:33

Başqırdıstan respublikasının başçısı Rüstəm Hamitov yerli hökumətin vitse-premyeri Fərhad Səmədovu Kremldə səlahiyyətli nümayəndə təyin edib. 

Об этом сообщает Роспрес

Saytımız “virtualaz.org”a istinadən xəbər verir ki, Rüstəm Hamitovun sərəncamına əsasən azərbaycanlı Fərhad Səmədov Başqırdıstan respublikasının Rusiya Federasiyası prezidenti yanında səlahiyyətli nümayəndəsi təyin edilib. Bu haqda Başqırdıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Fərhad Səmədov Gürcüstanda anadan olub, 59 yaşı var. V.V.Kuybışev adına Moskva mühəndis-inşaat institutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycanda başlayıb, tikinti trestlərində mühəndis işləyib. 2000-ci illərin əvvəllərində Başqırdıstana köçüb. “Kaustik” QSC, “Soda” ASC, “Başneft” və “Birləşmiş neft-kimya şirkəti” ASC şirkətlərində top-menecer işləyib. 2017-ci ilin yanvarında Başqırdıstan hökumətində vitse-premyer təyin olunub.