Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fermerlərə gübrə neçəyə verilməlidir? – RƏSMİ QİYMƏT

05.03.2020 13:33

Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyində “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunan Respublika Müşavirəsi keçirildi. Həmin müşavirədə bir neçə nəfər işdən azad edildi. Kənd təsərrüfatı naziri Heydər Əsədovun da iştirak etdiyi müşavirədə  “Aqrolizinq” ASC-nin fəaliyyətində ciddi problemlərin olduğu üzə çıxdı.

Об этом сообщает Роспрес

Toplantıda nazirin dilə gətirdiyi nöqsanlardan biri də kənd təsərrüfatı məhsullarının istehsalçılarına 70 faiz güzəştlə satılan mineral gübrələrlə bağlı idi.  Müşavirədə qeyd edilib ki, mineral gübrələrin sənədləşməsində ciddi nöqsanlara yol verilib və gübrələrin dəyəri vaxtlı-vaxtında ödənilməyib.

Saytımız məsələnin aktuallğını nəzərə alaraq və kənd təsərrüfatı məhsullarının istehsalçılarını bir daha məlumatlandırmaq üçün onlara satılan gübrələrin rəsmi qiymətini öyrənib və onu təqdim edir:

“Aqrolizinq” ASC-nin anbarlarında olan mineral gübrələrin qiyməti və satış normaları barədə MƏLUMAT
S/s Gübrənin adı 1 tonun satış qiyməti             (man) Faiz dərəcəsi 1 hektara düşən norma (kq) 50 kq-lıq kisənin qiyməti
70% 30%
1 Azot 433 303,1 129,9 263,94 6,50
2 Ammonium sulfat 413 289,1 123,9 276,72 6,20
3 Superfosfat 440 308 132 259,74 6,60
4 Superfosfat 520 364 156 219,78 7,80
5 Nitroammofoska 613,6 429,52 184,08 186,25 9,20
6 Ammofos 708 495,6 212,4 161,42 10,62
7 Kalium 649 454,3 194,7 176,10 9,74

Atif Sarıxanlı