FİFA prezidenti Trampa qırmızı və sarı kart hədiyyə edib – VİDEO
05.03.2020 13:33FIFA-nın prezidenti Canni İnfantino ABŞ-ın dövlət başçısı Donald Trampa qırmızı və sarı kart hədiyyə edib.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, bu barədə xəbər “Fox News”da dərc edilib.
“Bu, sizin üçün faydalı ola bilər. Futbolda hakimlərin sarı və qırmızı vərəqəsi olur. Sarı vərəqə – bu, xəbərdarlıqdır”, – deyə İnfantino bildirib. O, bundan sonra qırmızı vərəqəni çıxarıb və əlavə edib ki, o, kimisə qovmaq istəyəndə lazım olur.
Tramp isə bununla bağlı bildirib ki, bu, onun xoşuna gəlir. ABŞ prezidenti FİFA rəhbərinin qarşısında jurnalistlərə qırmızı vərəqə göstərib.

