“Fitch”dən TL barəsində pis xəbər: “Daha da artacaq”
05.03.2020 13:33“Lirənin dəyər itirməsi Türk banklarına qarşı riskləri daha da artırır”.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə “Fitch” agentliyi açıqlamasında bildirib.
“Fitch”in hesabatında “Türk banklarının kapital mövqeləri, TL-nin dəyər itkisi, artan faiz nisbətləri və varlıq səviyyəsində azalma zəifləyəcək” ifadələri qeyd edilib.
“BBC Türkcə”nin verdiyi xəbərə görə, “Kreditin yenidən qurulması ilə bağlı təqdim olunan yeni çərçivə, təqibdəki kredit kateqoriyasına yük olaraq gələcək”, – deyə agentlik bildirib. Beynəlxalq dərəcələrini müəyyənləşdirmə agentliyi “Moody’s” də üç gün əvvəl Türkiyədəki 20 bankının reytinqini aşağı salıb. “Moody’s” buna əsas olaraq, Türk lirəsində dəyər itkisi və maliyyələşmə imkanlarının azalması ehtimalını göstərib.
Orxan Aslanlı / A24.az

