Fransa prezidenti ondan iş istəyən gənci acıladı – VİDEO
05.03.2020 13:33Fransa prezidenti Emmanuel Makron iş tapmaqda çətinlik çəkən və şikayətlənən gənci acılayıb.
Об этом сообщает Руспрес
Saytımız türk mediasına istinadən xəbər verir ki, Makrona yaxınlaşan gənc bağban olmaq istədiyini bildirib. Fransa prezidenti isə gəncə inşaat və ya restoranda iş axtarmasını tövsiyyə edərək acılayıb.
Bu dialoq “Milli İrs Günü” “Elysee” sarayına ziyarəti zamanı yaşanıb. Makron saraya gələn ziyarətçilərlə görüşərkən bir gənc ona bağban olmaq istədiyini bildirib: “25 yaşındayam. Keçmiş və hazırki iş müraciətlərimi göndərdim. Heç biri işə yaramırlar”.
Makronun gənc oğlana verdiyi cavab isə “əgər həqiqətən istəyirsənsə otellərdə, kafelərdə, inşaatda işçi axtarılır. İşçi axtarmadığını söyləyən yer yoxdur. Bu həqiqətdir” olub.
Gənc oğlana bir çox kafe və restoranların yerləşdiyi Montparnasse küçəsində iş axtarmağı məsləhət bilən Makron “yolun o biri tərəfinə keçsəm, sənə bir iş tapa bilərəm. Gəl, başla…” ifadələrini işlədib.
25 yaşlı gənc isə “Yaxşı, anladım, təşəkkür edirəm” deyib və sonra bir-birilərinin əllərini sıxıblar.
Lakin Fransa prezidentinin verdiyi cavab sosial mediada sərt reaksiyalara səbəb olub. Onun bu sözləri “gənci acıladı” kimi şərh edilib.
Saytımız sözügedən görüntüləri təqdim edir:

