Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Futbolun peyğəmbərləri – YAZI

05.03.2020 13:33

“Futbolun tanrısı”…

Об этом сообщает Руспрес

Bu ifadə hər birinizə fərqli futbolçuları xatırladır. İnanıram ki, xatırladığınız futbolçuların da əksəriyyəti məhz, hücumçulardır. Bəs, bu tanrıları bizə tanıtdıranlar kimlərdir? Sözsüz ki, “futbolun peyğəmbəri”. Bəli, doğru oxudunuz. “Futbolun peyğəmbərləri”- yəni qapıçılar.

Bir hücumçu nə qədər parlaq oyun sərgiləyib qolları sıralasa da, komandası məğlub olduqdan sonra həmin sərrastlığın əhəmiyyəti qalmır. Bu uğurda əlcək sahiblərinin payının danılmaz olduğunun bir göstəricisidir. “Futbol tanrısı”nı tanrı edən “futbol elçiləri”dir. Eynən:

“Futbotun tanrısı” “Futbol peyğəmbəri”ni cəzalandırar – Adəmin cəzalanması kimi.

Hər şeyin bitdiyini düşündüyün anda komandasının dadına çatar – Xızır kimi.

Qapıçı komandasını gözləyən təhlükədən xəbərdar edər – Yusif kimi.

O təhlükəni hər futbolçuya fərqli dillə deyər – Süleyman kimi.

Həmin təhlükəni komanda yoldaşlarına səsi batana kimi çatdırar – Davud kimi.

Komandasının sevincinə də, kədərinə də kövrələr –Yaqub kimi.

Oyunun qopma anında elə möcüzələr göstərər ki oyunun taleyi dəyişər – Musa kimi.

Zərbələrə elə müdaxilə edər ki, bu toxunuşlar tarixdə “qızıl toxunuş” kimi qalar – İsa kimi.

Bəzən ən çətin məqamlarda hücuma atılar və oyunu nəticəsini, tarixi dəyişən kimi dəyişər – Məhəmməd kimi.

Əcəmi Əsədulla