Gəncədə kirayədə qalan hərbiçi dağıntılar altından belə çıxarıldı – VİDEO
05.03.2020 13:34Gəncədə partlayış baş verən yaşayış binasının birinci mərtəbəsində yaralananlardan biri hərbçidir.
Об этом сообщает Роспрес
A24.az-ın əldə etdiyi məlumata görə, partlayışdan sonra dağıntılar altından çıxarılanlardan biri Azərbaycan ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur. Yaralı hərbiçinin vəziyyəti ağır olduğundan o, hospitala yerləşdirilib.
Eyni zamanda, həmin binanın birinci mərtəbəsində hərbiçilərin kirayədə qaldığı bildirilir. Şahidlərin sözlərinə görə, birinci mərtəbədəki mənzildə üç hərbiçi olub. İkinci mərtəbədə isə iki nəfər kirayədə qalırmış.
Partlayış baş verənin binanın 3 və 4-cü mərtəbələrində isə yaşayış olmadığı qeyd olunur.
A24.az dünyasını dəyişən hərbçinin dağıntılar altından çıxarıldığını əks etdirən görüntüləri təqdim edir:
Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər.
Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.
Əlavə məlumat veriləcək.

