Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gəncədəki partlayışda həyatını itirən Nigar Tağıyeva kimdir?

05.03.2020 13:34

Bu gün səhər saatlarında Gəncədə yaşayış binasında baş verən partlayış nəticəsində dünyasını dəyişənlərdən biri Gəncə Dövlət Universitetinin (GDU) əməkdaşı olub.

Об этом сообщает Роспрес

A24.az-ın əldə etdiyi məlumata görə, faciə qurbanlarından biri olan 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı GDU-nun xüsusi şöbəsinin inspektoru vəzifəsində çalışırdı. N.Tağıyeva 24 yaşlı oğlu ilə birlikdə dağıntılar altında qalaraq dünyasını dəyişib.

Qeyd edək ki, mərhum GDU-nun kadrların şöbəsinin müdiri Gülçöhrə Tağıyevanın bacısıdır.

Xatırladaq ki, partlayış nəticəsində 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadə, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun oğlu – 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlu dünyasını dəyişib. Həmin binada kirayədə qalan Azərbaycan ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov isə ağır yaralanıb.