Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gecə klubunda rəqs edən qadının 2 yaşlı uşağı acından öldü

05.03.2020 13:34

Gecə klublarının birində hər gecə 12 saat rəqs edən 29 yaşlı qadının 2 yaşlı qızı evdə acından ölüb.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, hadisə ABŞ-ın Georgia bölgəsində, Gvinnett şəhərinin Lilburn qəsəbəsində baş verib.

Lilburn qəsəbəsində yaşayan Devin Moon-un 2 yaşlı qızı Reyqanın evdə acından öldüyü təsbit edilib.

Belə ki  polis 29 yaşlı Devin Moon-un hər gecə klublardan birində 12 saat rəqs etdiyini, 2 yaşlı qızının isə evdə acından öldüyünü aşkarlayıb. Devin Moon uşaqla zalımcasına davrandığı və birinci dərəcəli yaxınını öldürməkdə təqsirkar olduğu üçün həbs edilib.

Devin Moon-un ailəsi  daha əvvəl qızına baxmadığı üçün ananı Ailə və Uşaq xidmətlərinə şikayət edib. Lakin ananın bu şikayətdən sonra ailəsiylə bütün əlaqələrini kəsdiyi bildirilib.

Hadisənin yaşandığı gün Moon 12 saat rəqs etdikdən sonra evə qayıdanda qızının hərəkətsiz yatdığını görüb və təcili yardıma zəng edib. Təcili yardım hadisə yerinə gələndə uşağın öldüyünü deyib. Moon polisə verdiyi ifadəsində 6 kq çəkidə olan uşağının anadan gəlmə xəstə olduğunu, çəki ala bilmədiyini deyib. Lakin aparılan araşdırmalar uşağın acından öldüyünü aşkar edib.