Göldə batan şəxsin meyiti tapıldı – YENİLƏNİB
05.03.2020 13:34Tovuz rayonunun Əyyublu kəndindəki göldə batdığı ehtimal olunan 49 yaşlı Hamlet Orucovun axtarışları başa çatıb.
Об этом сообщает Руспрес
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, H.Orucovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1969-cu il təvəllüdlü Orucov Hamlet Paşa oğlunun Tovuz rayonunun Əyyublu kəndindəki göldə batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
Axtarış tədbirləri barədə əlavə məlumat veriləcək.

