Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Göyçayda ağır yol qəzası, xəsarət alanlar var

05.03.2020 13:35

Göyçay rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

Об этом сообщает Роспрес

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, rayonun Mallışıxlı kəndi ərazisində baş verib.

Belə ki, Göyçay rayon sakinləri Məğrur Piriyevin idarə etdiyi “Hyndai” və Asif İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Nəticədə hər iki avtomobilin sürcüsü və avtomobillərdə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxansına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.