Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gözdən əlil azərbaycanlı qadın tanış olduğu türk sevgilisi ilə qaçdı – İstanbul küçələrində… – VİDEO

05.03.2020 13:35

Türkiyənin İstanbul şəhərində küçə musiqisi ilə məşğul olan, gözdən əlil azərbaycanlı qadının görüntüləri sosial medianın gündəmini zəbt edib.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, görmə məhdudiyyətli azərbaycanlı xanımın dekabrın 3-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar səsləndirdiyi fikirləri ictimaiyyətdə maraqla qarşılanıb. O, özünü əlil hesab etmədiyi üçün həmin günün ona heç bir aidiyyəti olmadığını bildirib:

“Mən özümü əlil hesab etmirəm. Fikrimcə, əlillər gününün olması, əslində mənasızdır. Bu, bayram deyil, axı?! Mən belə düşünürəm. Bu, yaxşı bir şey deyil ki, bunun bayramı niyə qeyd olunsun? Şəxsən mən özümü sağlam hesab edirəm. Mən kanservatoriyada təhsil alıram.  Bir neçə xarici dil bilirəm. Yəni fiziki qüsuru olmayan adamların edə biləcəyi hər bir işi bacara bilirəmsə, mən necə əlil sayılım? Fikrimcə, əsas ürəyin əlil olmasın. Fikirlərin, həyata baxışın əlil olmasın”.

İstanbulda küçə musiqisi ilə məşğul olan görmə məhdudiyyətli azərbaycanlı  qadın Türkiyəyə getməsindən də danışıb. O bildirib ki, “feysbukda” türk əsilli bir oğlanla tanış olduqdan sonra onunla qoşulub qaçaraq evlənib. Elə o vaxtdan da Türkiyədə yaşayır: “Feysbukda türkiyəli bir oğlanla tanış oldum və o, 2014-cü ildə gəlib məni Azərbaycandan İstanbula qaçırdı. İndi bir övladımız var. O,  məni ilk dəfə gəlib Bakıdan aparanda, hava limanında bizi saxlayıb mənə dedilər ki, bəs, tanımadığın adamla hara qaçırsan? Bəlkə, səni oğurlayır? Mən də onlara dedim ki, sevdiyim bu oğlanın yerində siz olsaydınız, məni oğurlamağı düşünərdiniz? Dedilər ki, yox. O zaman bildirdim ki, bəli, bu adamın da niyyəti həqiqətən safdır. Çünki adam o qədər pul sərf edib və gəlib məni Bakıdan aparıb “.

Daha ərtaflı aşağıdakı videodan izləyə bilərsiniz: