Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Güllələnərək öldürülən “avtoş” Cabirin məzarı üstündə sevgilisi fəryad qopardı – VİDEO

05.03.2020 13:35

Xəbər verdiyimiz kimi, Bakıda “avtoş 012” ləqəbi ilə tanınan 26 yaşlı Babayev Cabir Yaşar oğlu güllələnərək öldürülüb.

Об этом сообщает Руспрес

A24.az-ın əldə etdiyi məlumata görə, mərhum “avtoş” ötən gün Şüvəlan qəbiristanlığında torpağa tapşırılıb. Onun məzarı üstündə sevgilisinin fəryad qopardığını əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, noyabrın 17-də saat 13 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev saat 17 radələrində ölüb.

Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş “İJ” markalı tüfəng götürülüb.

Xatırladaq ki, avtoş 012” ləqəbi ilə tanınan Cabir Babayev Bakıda müxtəlif VAZ markalı avtomobillərlə avtoxuliqanlıq etməklə tanınıb. Bir neçə il öncə o, paytaxt küçələrindən birində yolayrıcını Yol-Patrul Xidməti avtobilinin qarşısından maximum sürət həddi ilə keçdiyinə görə dillər əzbərinə çevrilmişdi. Belə ki, 10 YP 334 dövlət nömrə nişanlı YPX avtomobilinin qarşısından yüksək sürətlə keçən nəqliyyat vasitəsi 90 KG 012 dövlət nömrə nişanlı VAZ 21 07 markalı avtomobil Bakı kəndlərində «Cabir-012» ləqəbilə tanınan «avtoş» Cabirə məxsus olub.