Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gülüstan Əliyevanın ərinin ölümü ilə bağlı ŞOK FAKTIN ÜSTÜ AÇILDI – VİDEO

05.03.2020 13:35

ATV-də yayımlanan “BizimləSən” verilişində Əməkdar artist Gülüstan Əliyevanın görüşünə gələn Sərraf Əliyev adlı şəxs onun həyat yoldaşı Zahid Əhmədovun ölümü ilə bağlı dəhşətli faktı açıqlayıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, həmin şəxs 27 ildən sonra müğənnidən halallıq istəyib.

İllərdir vicdan əzabı çəkən 69 yaşlı Sərraf Əliyev qeyd edib ki,  Zahidin müharibədə vəfat etməsinə məhz o səbəbkar olub. Belə ki, onun səhlənkarlığı nəticəsində Zahid Əhmədov minaya düşüb və həyatını itirib:

“Mən o ərazidə mina olduğundan şübhələndim və avtobusun yolunu dəyişməsi üçün sürücüyə tapşırıq verdim. Biz sağ-salamat posta çatdıq. Lakin arxada gələn avtomobil minaya düşdü. Mən səhlənkarlıq etmişdim. Düşüb orada minanın olub-olmamasını dəqiqləşdirə və onları ölümdən qoruya bilərdim”.

Bütün baş verənləri studiyada etiraf edən S. Əliyev G. Əliyevadan halallıq istəyib.

G. Əliyeva hər şeyi qismətlə əlaqələndirib və bu hadisədə özünü günahlar hesab edən S. Əliyevə halallığını verib.

Studiyada yaşananlar ekspertləri və tamaşaçıları göz yaşlarına boğub.