Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gürcüstan ilk qadın prezidentini rəsmən seçdi – NƏTİCƏLƏR ELAN OLUNDU – YENİLƏNİB

05.03.2020 13:35

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 3705 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrini elan edib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, Salome Zurabişvili 59,52%, Qirqol Vaşadze isə 40,48% səs toplayıb.

“Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili prezident seçkilərinin qalibi olub.

A24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Seçki Komissiyası səslərin 99,7 faizinin hesablanmasından sonra məlumat yayıb.

MSK-nın məlumatına əsasən, Zurabişviliyə seçicilərin 59,56 faizi səs verib. Onun rəqibi, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

Zurabişvili Gürcüstanın yeni tarixində ilk qadın prezidentdir. O, Parisdə gürcü miqrantların ailəsində dünyaya gəlib.

Bundan əvvəl, “Gürcüstanın yolu” partiyasının rəhbəri olub, həmçinin Gürcüstan xarici işlər naziri və Fransanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.