Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gürcüstan müxalifət məğlub olduğunu etiraf etdi

05.03.2020 13:35

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze seçkilərdə məğlub olduğunu etiraf edib.

Об этом сообщает Роспрес

“Report”un Gürcstan bürosunun verdiyi xəbərə görə, D.Bakradze keçirdiyi brifinqdə onu dəstəkləyən seçicilərə minnətdarlığını bildirib.

D.Bakradze prezident seçkilərinin ikinci turunun olacağı təqdirdə, Avropalı Gürcüstan Partiyasının Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyəcəyini qeyd edib.

Avropalı Gürcüstan Partiyasının keçirdiyi “exit-poll”un nəticələrinə görə, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 37%, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 34%, David Bakradze isə 10% səs əldə edib.