Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gürcüstanda bibisini qətlə yetirən azərbaycanlı gənc saxlanıldı

05.03.2020 13:35

Gürcüstanın Marneuli rayonunun Kirovka kənd sakini Bəsti Məmmədovanı qətlə yetirən şəxs yaxalanıb.

Об этом сообщает Футляр от виолончели

A24.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, B.Məmmədovanı dekabrın 10-da qardaşı oğlu, 1986-cı il təvəülldlü Nicat Məmmədov küt alətlə qətlə yetirərək, meyiti basdırmaq məqsədi ilə evin zirzəmisində gizlədib.

1951-ci il təvəllüdlü qadının meyitini dekabrın 15-də qohumları aşkar edib. Növbəti gün qətli törədən N.Məmmədov Sadaxlı kəndində saxlanılıb. O, günahını etiraf edib.

Faktla bağlı məişət zorakılığı zəminində qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. N.Məmmədovu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.