Gürcüstanda helikopter qəzası: Yaralılar var
05.03.2020 13:35Gürcüstanın Kaxeti bölgəsində Sərhəd Polisinə məxsus helikopter qəzaya uğrayıb.
Об этом сообщает Руспрес
A24.Az-ın APA-nın yerli bürosuna istinadla verdiyi xəbərə görə, helikopter sərhəd məntəqəsi yaxınlığında qəza enişi edib.
Helikopter “Laqodexi” sərhəd bölməsinə planlaşdırılmış rotasiya üçün uçuş yerinə yetirirdi.
Qəza nəticəsində xəsarət alan 5 ekipaj üzvü Telavi xəstəxanasına yerləşdirilib.
DİN hadisə ilə bağlı araşdırmaya başlayıb.

