Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gürcüstanda “Lotu Quli”nin adamı saxlanıldı – VİDEO

05.03.2020 13:35

Gürcüstanın Rustavi şəhərində “oğru aləmi”nə üzvlükdə ittiham olunan 1980-ci il təvəllüdlü əvəllər məhkum olunmuş A.Q. adlı azərbaycanlı saxlanılıb.

Об этом сообщает Роспрес

A24.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Qardabani rayon sakininə hədə-qorxu gələrək ondan 3 min dollar məbləğində pul tələb edib. Məbləğin ödənilməyəcəyi təqdirdə o, həmin şəxsin Rustavidə və Lilo bazarındakı obyekti, evinə və avtomobilinə ziyan vuracağı ilə bağlı şantaj edib.

DİN iki şəxs arasında olan telefon danışığının səs yazısını da yayıb.

A.Q. adlı şəxsin “qanuni oğru” “Lotu Quli”nin adından hədə-qorxu gəldiyi məlum olub.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.