Gürcüstanda Milad bayramı qeyd olunur
05.03.2020 13:35Yanvarın 6-da Gürcüstanda pravoslav xristianları İsa peyğəmbərin (ə) mövlud gününü – Milad bayramını təntənə ilə qeyd etməyə başlayıblar.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Report”a istinadən xəbər verir ki, bayramla əlaqədar evlərdə süfrələr açılıb, saat 23:00-dan başlayaraq pravoslav məbədlərində bayram mərasimi keçirilir, müxtəlif ayinlər icra olunur.
Bütün Gürcüstanın katolikos-patriarxı II İliya Müqəddəs Troitsa kilsəsində ruhanilərlə görüşüb, dualar oxunub. Patriarx əhalini Milad bayramı münasibətilə təbrik edib.
Pravoslav xristianlarının Milad bayramı yanvarın 7-də “Alilo” adlı bayram yürüşü ilə davam edəcək.
Tbilisidəki mərkəzi meydanda başlanan ənənəvi “Alilo” yürüşü Müqəddəs Troitsa kilsəsində başa çatacaq.

