Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gürcüstanda zavodda partlayış: yaralılar var

05.03.2020 13:36

Bu gün günorta saatlarında Gürcüstanın Kutaisi şəhərində yerləşən Çuqunəritmə Zavodunda güclü partlayış olub.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ağır xəsarət alıb.

Gürcüstan Fövqəladə Halları Xidmətindən bildirilib ki, partlayış nəticəsində zavodun dəmir konstruksiyası dağılıb və yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb və alovun tam söndürülməsi davam etdirilir.

Gürcüstanın müvafiq strukturları hadisəsinin səbəblərini araşdırır, faktla bağlı cinayət işi başlanılıb.