Gürcüstandan Yunanıstana uçan təyyarəni ildırım vurdu
05.03.2020 13:36Gürcüstandan Yunanıstana uçan sərnişin təyyarəsini ildırım vurub.
Об этом сообщает Руспрес
İldırım vuran təyyarə “Wizz Air” aviaşirkətinə məxsus olub.
Bildirilir ki, təyyarə Gürcüstanın Kutaisi şəhərindən Yunanıstanın Kavala şəhərinə uçurmuş. Hadisə təyyarənin Kavalaya yaxınlaşdığı zaman baş verib.
Ekipajı təyyarəni Sofiyada endirməyə məcbur olub. //Oxu.Az

