Gürcüstanlı deputat ATƏT PA-nın prezidenti seçildi
05.03.2020 13:36Gürcüstan parlamentinin üzvü, “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Giqi Tsereteli yenidən ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti seçilib.
Об этом сообщает Роспрес
A24.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar ATƏT PA-nın Berlində keçirilən 27-ci illik sessiyasında qəbul olunub.
“Avropalı Gürcüstan” partiyası G. Tseretelinin ATƏT PA-nın prezidenti seçilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda partiya liderlərindən biri olan siyasətçinin yüksək vəzifəyə seçilməsi Gürcüstanın böyük uğuru kimi qiymətləndirilib.
Qeyd edək ki, G. Tsereteli ötən ilin noyabrından etibarən ATƏT PA-nın prezidentinin səlahiyyətlərini icra edib.

